Dürdanə Vidadiqızı 29 sentyabır 1985-ci ildə Azərbaycanın Masallı şəhərində doğulmuşdur. 11 illik tam orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Respublikası Odlar Yurdu Universitetinin müalicə işi fakultəsinə qəbul olmuş və 2009-cu ildə bakalavr təhsilini başa vurmuşdur.
Universiteti bitirdikdən sonra estet-kosmetoloq ixtisasına yiyələnmiş və bu peşəni icra etməyə başlamışdır. Öz peşəsi üzrə daha da püxtələşmək və yenilikləri öyrənmək üçün Türkiyənin İstanbul şəhərinə üz tutmuşdur. Bacarığı və peşəkarlığına görə İstanbulun ən tanınmış klinikalarından təkliflər almış və 5 il müxtəlif klinikalarda çalışdıqdan sonra Nişantaşında öz işini davam etdirmişdir.
Çalışdığı müddətdə müxtəlif (Kanada, ABŞ, Almaniya, BƏƏ, Oman, Qatar, Kuveyt, İraq və sair) ölkələrdən müraciətlər almış və pasientlərlə çalışmışdır. Eyni zamanda İstanbulun tanınmış simalarına da xidmət göstərmişdir. Türkiyə Cumhuriyyətində yaşadığı müddətdə Azərbaycana da işgüzar səfərlər edərək, Bakıda da pasientlər qəbul etmişdir. Hal-hazırda həm Azərbaycan, həm də Türkiyədə iş fəaliyyətini davam etdirir.
Dürdanə Vidadiqızı medikal estetiyin yeniliklərini təqib etmək üçün beynəlxalq konfrans və seminarlarda fəal iştirak etməkdə davam edir.
Hər bir insanın şəxsi məlumatlarının yayılmama hüququ vardır. Qanuna və tibbi etikaya riayət edərək, pasiyentin məlumatlarını (öz istəyi istisna olmaqla) 3-cü tərəfə ötürülmür.
Keyfiyyət meyarı ilə yanaşı pasiyentlərimin istəkləri və sonda görülən işlərdən məmnun qalmaları mənim üçün çox vacibdir. İnsanlarda özgüvənlilik yaratma hissi həqiqətəndə fərəhləndirir.
İşimdə ən vacib şərt sağlamlıq və ən üstün tutduğum meyar keyfiyyətdir. Görüləcək prosedurun keyfiyyəti ilə yanaşı istifadə olunan materialların keyfiyyətli olması çox önəmlidir.
ildən çox iş stajı
sertifikat
məmnun pasiyent
uğurlu prosedur
TAM SİYAHINI AÇMAQ
TAM SİYAHINI AÇMAQ
Botoks – rəngə, dada və qoxuya malik olmayan və clostridium botulinium adı altında bakteriyalar hasil edən zülal mənşəli neyrotoksindir. Daha aydın dillə desək, bu, müəyyən klostrid tipinin istehsal etdiyi təbiət mənşəli zəhərdir. O, sinir sisteminə – daha dəqiqi isə, bu hüceyrələrdəki zülallara təsir göstərərək, göndərilən siqnalları blok edir. Botox müxtəlif altnövlərə malikdir və bu gün üçün məşhur üzvi zəhərlər içərisində ən güclüsü hesab edilir. Lakin buna baxmayaraq, müasir dövrdə botoksdan tibbi və kosmetoloji məqsədlər üçün geniş istifadə olunur.
Dolğu tətbiqi yumşaq toxumaların həcmini artıraraq qırışların və çapıqların aradan qaldırılması üçün inyeksiya olunan mayelərdir. Dəriyə uyğun Kollagen, Hialuron turşusu, Kalsium hidroksiapatit, PMMA, Poli-L-laktik turşuları seçilərək inyeksiya edilir.
Plazmaterapiya insanın öz qanından əldə edilən maddənin iynə vasitəsi ilə tətbiq edilmə müalicə metodudur. İynə vasitəsi ilə yeridilən bu maddə canlı trombositlərlə zəngin bir plazmadır. Plazma, qanın tromblaşmasına köməkci olan və trombosit adı verilən xüsusi hüceyrələr, böyümə faktoru və proteinlər təşkil edən bir qan birləşməsidir.
Mezoterapiya turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir.
İplə üz gərmə - əməliyyatsız (qeyri-cərrahi) üz liftinqidir. Kontur qaldırma, siluet qaldırma, aptos ip, PDO ipi, hörümçək toru estetikası kimi də tanınır. Düz və ya ipli müxtəlif uzunluq və qalınlıqdakı cərrahi saplarla həyata keçirilən üz cavanlaşdırma texnikasıdır.
Plazma texnologiyasını özündə birləşdirən, cərrahiyyəsiz blefaroplastika, labioplastika, biopolimer fibrozlarının aradan qaldırılması, akne, post-akne, angioma, miliumlar, melazma, ksantelazma, dischromia, pinguecula, göbələk sonrası törəmələr, çapıqlar, qırışlar, ağız boşluğunda olan müxtəlif növ infeksion ləkələr və qaraltılar, implantlar üçün ağız boşluğunda yerin yaradılması, doğuş sonrası yaranan çapıqlar, qarın nahiyəsində natarazlıqlar və bir çox digər prosedurları rahatlıqla həyata keçirən universal bir cihazdır.